Bu yaxınlarda Nature jurnalında dərc olunan araşdırmanın nəticələrinə görə, Süd Yolu qalaktikamızın mərkəzində yerləşən və əvvəllər hərəkətsiz olduğu düşünülən superkütləli qara dəlik Oxatan A*, 1800-cü illərin sonlarında yenidən canlanıb.
Elchi.az xəbər verir ki, araşdırma Günəşdən təxminən dörd milyon dəfə böyük olan və Yerdən təxminən 27 min işıq ili uzaqlıqda yerləşən qara dəliyin təxminən 200 il əvvəl uzun yuxusundan oyandığını bildirib.
Tədqiqatçıların fikrincə, səma cismi təxminən bir il ərzində müxtəlif kosmik obyektləri udduqdan sonra yenidən istirahət vəziyyətinə qayıdıb.
Şayəstə Hüseynova





