ABŞ “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin baş verənlərə qarışmamaq üçün silahlı üsyana hazırlaşdığı barədə Moskvaya xəbərdarlıq etməyib. Elchi.az xəbər verir ki, Vaşinqtonun kəşfiyyat məlumatlarını bölüşmək istəməməsini Hamilton Kollecinin (ABŞ) beynəlxalq əlaqələr üzrə professoru Alan Kafruni Lente.ru-ya müsahibəsində deyib.
“Amerika kəşfiyyat xidmətləri, iyunun ortalarında Priqojinin Rusiyada hansısa hərbi əməliyyat keçirməyi planlaşdırdığından xəbərdar idi, lakin demək istəməyiblər” – deyə o, bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ səfiri Lin Treysi Rusiyanı Vaşinqtonun Priqojin üsyanında iştirak etmədiyinə inandırıb. Amerika prezidenti Co Bayden də açıq şəkildə ABŞ və Qərb ölkələrinin baş verənlərlə heç bir əlaqəsi olmadığını bəyan edərək, PMC rəhbərinin hərəkətlərini daxili siyasi münaqişə adlandırıb.
Havar Şəfiyeva






