“Sertifikasiya imtahanı özü özlüyündə müəllimlər üçün bir sınaq və əlavə şansdır. Belə ki, 30 bal toplayanlar müsahibəyə buraxılır, eyni zamanda 30-50 bal aralığında bal toplayanların maaşları 10 faiz, 51-60 bal toplayanların isə maaşlarına 35 faiz əlavə olunacaq”. Bu sözləri Elchi.az-a açıqlamasında təhsil üzrə ekspert Səbuhi Abdullayev deyib.
O, həmçinin əlavə edib:
“Bunu nəzərə alan müəllimlər ekspert və ya daha təcrübəli müəllimlərin yanında test işləmə vərdişlərini təkmilləşdirirlər, eyni zamanda yeni tendensiyaları öyrənirlər. Burda qəbahət bir şey görmürəm. Onsuzda burda kəskin fərq eləmək mümkünsüzdü. Ancaq 5-8 arası bal artırmala nəticələrini daha da yaxşılaşdırırlar. Xatırladaq ki, sertifikasiya imtahanlarında 60 sual və 120 dəqiqə vaxt verilir”
Havar Şəfiyeva






