ABŞ hakimiyyəti Ukraynaya 500 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlamağı planlaşdırır. Elchi.az xəbər verir ki, bu barədə Reuters amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Qeyd edilir ki, paketə Kiyevin əks-hücum əməliyyatını davam etdirməsi üçün lazım olan quru hərbi texnikası daxil olacaq. 30 Bradley döyüş maşını və 25 Stryker zirehli personal daşıyıcısının da daxil olacağı gözlənilir.
Havar Şəfiyevs





