ABŞ özəl hərbi şirkətin Vaqnerin rəhbəri Yevgeni Priqojinin ekstradisiya müqaviləsi olan ştatda qalacağı təqdirdə onun ekstradisiyasını tələb edəcək. Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller bildirib.
Onun sözlərinə görə, Belarus belə ölkələrə aid deyil: “Bizim Rusiya və Belarusla ekstradisiya müqaviləmiz yoxdur. Departament Priqojinin Belarusu tərk etməsi və ABŞ-ın müvafiq razılaşması olan ölkədə görünməsi şərti ilə ekstradisiyasını tələb etmək planlarını açıqlayıb”.
Qeyd edək ki, bundan əvvəl Dövlət Departamenti bildirmişdi ki, ABŞ PMC ətrafında baş verən son hadisələrin Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatının gedişatına necə təsir edəcəyini qiymətləndirməyi tez hesab edir.
Havar Şəfiyeva





