“2018-ci ilin may ayından baş nazir vəzifəsini tutduğum vaxtdan mütəmadi olaraq hesabatlar alıram, Milli Təhlükəsizlik Xidməti müharibə ehtimalı ilə bağlı daim xəbərdarlıq edir”.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün 44 günlük müharibənin şərtlərini araşdıran İstintaq Komitəsinin iclasında bildirib və əlavə edib ki, Milli Təhlükəsizlik Xidməti hətta mümkün müharibənin tarixlərini də açıqlayıb.
Baş nazir başqa hesabatlar da aldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, ona beynəlxalq tərəfdaşların da müharibənin mümkünsüz sayıldığı barədə məlumat verilib.
“Mənə məlumat verildi ki, müharibənin başlama ehtimalı 30 faizdir və bu, siyasi gücə qeyri-mütənasib güzəştlər etmək üçün psixoloji təzyiqdir”, – deyən Paşinyan, Silahlı Qüvvələri bu məqsədlə qətiyyətli addımlar atmamağa çağırıb.
Yeganə





