Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əcman şəhərində çoxmərtəbəli binada baş verən yanğın qısa zamanda genişlənib. Bina sakinləri təxliyə edilərkən, alov saatlar sonra söndürülüb.
Elchi.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əcman şəhərində “Ajman One” ərazisində yerləşən “Tower 2″də yanğın baş verib.
Tezliklə alov binanı bürüyüb. Əraziyə polis və yanğınsöndürənlər göndərilib. Bina sakinləri təxliyə edilərkən, alov qrupların gərgin səyi ilə saatlar sonra söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.
Nuranə Məmmədova




