Finlandiya hakimiyyəti Rusiya vətəndaşlarının ölkəyə girişinə məhdudiyyətlərin sərtləşdirilməsinə icazə verib. Elchi.az xəbər verir ki, bu barədə ölkə hökumətinin saytında məlumat verilir.
Nazirlər Kabineti bu məsələni NATO-nun iyulda keçiriləcək sammiti ərəfəsində Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Nazirlər Komitəsi ilə görüşü zamanı prezident Sauli Niinistenin müzakirə etdiyinə aydınlıq gətirib. Komitə rusların bu ölkəyə bu cür səfərlərinin və ya onun vasitəsilə Şengen zonasının digər ölkələrinə tranzit keçməsinin Finlandiyanın beynəlxalq əlaqələrinə xələl gətirə biləcəyi qənaətindədir.
Bununla əlaqədar olaraq, hesabatda qeyd olunur ki, Nazirlər Kabinetinin 29 sentyabr 2022-ci il tarixdə verdiyi səyahət məhdudiyyətləri ilə bağlı sərəncamın müddəti uzada bilər.
Havar Şəfiyeva





