“NSN” xəbər agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Nyu-Hempşir şəhərində Respublikaçılar Partiyasının üzvləri ilə görüşü zamanı bildirib ki, dünya üçüncü dünya müharibəsinə yaxınlaşır . Trampın sözlərinə görə, ABŞ “cəhənnəmə gedir”.
Siyasətçi dollara inamın azalmasının dünya valyuta standartı statusunu itirə biləcəyi barədə xəbərdarlıq edib. Eks-prezidentin Demokratik Partiyasından olan əleyhdarları “müharibəçilər” adlandırıblar.
Tramp hesab edir ki, ABŞ-ın hazırkı administrasiyası Ukrayna ilə bağlı danışıqlara və münaqişəyə son qoymağa hazır deyil. Siyasətçi 2024-cü ildə keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə üçüncü dünya müharibəsinin qarşısını alacağına söz verib.
Ağ Evin keçmiş rəhbəri daha əvvəl demişdi ki, Co Bayden administrasiyası Çin tərəfindən idarə olunur. Siyasətçi buna sübut kimi Çinin Kubada təsirinin artmasını hesab edib.
Nuranə Məmmədova




