Şirvan şəhərində dəhşətli qətl hadisəsi baş verib
Azərbaycanda dəhşətli qətl hadisəsi baş verib. Hadisə Şirvan rayonunda qeydə alınıb.
Şirvan Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, quruma evdə qadın və kişi meyitinin tapılması barədə bu gün məlumat daxil olub. “Məlumata görə, evdə bir kişi, bir qadın meyiti tapılıb. Hazırda əməkdaşlarımız hadisə yerindədirlər”.
ANS PRESS-in APA-ya istinadla verdiyi məlumata görə, hadisə şəhərin Rəsulzadə küçəsində tikintisi hələ başa çatmamış, amma yaşayış olan 15 saylı mənzildə qeydə alınıb.
Balakişiyeva Sevinc Məmməd qızı və onun qayınatası Kişiyev Araz Babayar oğlu başı kəsilmiş vəziyyətdə tapılıblar.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS



