Dünya şöhrətli sənətçi Madonnanın iyulun 15-də başlayacaq dünya turnesi “ciddi bakterial infeksiya” səbəbilə xəstəxanaya yerləşdirildiyi üçün təxirə salınıb.
Elchi.az xəbər verir ki, dünyaca məşhur amerikalı sənətçi Madonnanın xəstəxanaya yerləşdirildiyi və bir neçə gündür reanimasiyada olduğu məlum olub.
Madonnanın meneceri Qay Osiri açıqlamasında deyib: “Şənbə günü, iyunun 24-də Madonna ciddi bakterial infeksiyaya yoluxdu və onun bir neçə gün reanimasiyada qalmasına səbəb oldu. Onun səhhəti yaxşılaşır, lakin hələ də həkim nəzarətindədir.”
Osiri, Madonnanın 15 iyulda Kanadanın Vankuver şəhərində başlaması planlaşdırılan 35 şəhər dünya turunun bu səbəbdən təxirə salındığını açıqlanıb.
Nuranə Məmmədova




