İranın Sistan-Bəlucistan əyalətində son 6 gündə toz fırtınası səbəbindən xəstəxanaya yerləşdirilənlərin sayı 1191-ə çatdığı halda, 1 nəfər dünyasını dəyişib.
Elchi.az xəbər verir ki, İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, Sistan-Bəlucistan Böhran İdarəetmə İdarəsinin baş direktoru Məcid Mohibbi bildirib ki, əyalətin Zabul, Zehek bölgəsində toz fırtınasının daşıdığı incə toz səbəbindən son 6 gündə 1191 nəfər xəstəxana və tibb mərkəzlərinə müraciət edib.
Mohibbi bildirib ki, göz, tənəffüs və ürək xəstəlikləri insanların səhiyyə müəssisələrinə müraciət etmələrinin əsas səbəbidir.
Nuranə Məmmədova




