21 yanvar 2015-ci il taricdə Vətəndaş Hüquqlarının Müdafiəsi Naminə Hüquq Müdafiə Təşkilatının ofisində Azərbaycan-ABŞ münasibətlərinə dair dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən VHM sədri Elnur Məmmədli bildirib ki, Azərbaycan-ABŞ münasibətlərində yaranmış gərginliyin aradan qaldırılması tərəflərin hər ikisi, xüsusiylə Azərbaycan üçün lazımlıdır. O daha sonra bildirib ki, Qafqaz kimi geosiyasi maraqların toqquşduğu coğrafi məkanda Azərbaycanın müstəqilliyini qoruyub saxlaya bilməsi üçün həm ABŞ, həm də avropa ölkələri ilə səmimi münasibətlərini qoruyub saxlaması həyati əhəmiyyət kəsb edir.
Daha sonra tədbirdə çıxış edən ziyalılar Azərbaycanın bir sıra siyasi və ictimai xadiminin son dönəmlər ABŞ-a qarşı başladılmış kompaniyanın tərkib hissəsinə çevrilmələrini pisləyblər. Tədbirdə həmçinin Azərbaycanın suverenliyinin qorunmasının da ümdə vəzifəmiz olduğu vurğulanıb.
Sonda dəyirmi masa iştirakçıları tədbirin yekunu olaraq bəyanat qəbul ediblər.
Azərbaycan- ABŞ münasibətlərinə dair Vətəndaş Hüquqlarının Müdafiəsi Naminə Hüquq Müdafiə Təşkilatının Bəyanatı
İnsan hüquqlarının müdafiəsi təşkilatı olaraq, hesab edirik ki, son vaxtlar yaranmış Azərbaycan- ABŞ münasibətlərindəki gərginliyə son qoyulmalıdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra Qərb modelini seçib. Dünyanın aparıcı dövləti olan ABŞ-la bütün sahələr üzrə ikitərəfli münasibətlər qurulub, o cümlədən də insan hüquqları sahəsində əməkdaşlıq etməyə başlayıb.
Son günlər ABŞ və Azərbaycanın icitmai-siyasi xadimləri və KİV qarşılıqlı olaraq ittihamlar səsləndirməyə başlayıblar. ABŞ-ın bir neçə konqresmeni, keçmiş diplomatları Azərbaycanı kəskin tənqid edərək, Konqresdə Azərbaycanla bağlı dinləmələr keçirilməsini tələb ediblər. Onlar, Azərbaycanda insan hüquqlarının kobud pozulması, siyasi məhbuslar, seçkidəki nöqsanlar və “Azadlıq” radiosunun bağlanmasına dair kəskin ifadələr səsləndiriblər. ABŞ hakimiyyətindən Azərbaycana qarşı addımlar atmağa çağırıçlar səsləndirilib.
ABŞ-ın bir sıra mətbuat səhifələrində bu fikirlər yer aldıqdan sonra, Azərbaycanın bir neçə ictimai-siyasi xadimi, millət vəkili dərhal mətbuat konfransı keçirdərək əks hücuma keçmib. ABŞ-ın özünü insan hüquqlarının kobud şəkildə pozduğunu, hələ də ABŞ-da seqraqasiya hallarının qaldığını, hətta rüşvətxorluqda və korrupsiyada ittiham ediblər. Azərbaycanın müstəqil və suveren dövlət olduğunu, heç bir dövlətin onun daxili işlərinə qarışmaq haqqı və hüququ olmadığını bildiriblər.
İyirmi beş il əvvəl müstəqilliyni bəyan etmiş Azərbaycan, 200 illik demokratik tarixi təcrübəsi olan ABŞ-dan yararlana bilər. İnsan hüquq və azadlıqları sahəsində Azərbaycan ABŞ-la əməkdaşlığını möhkəmləndirməlidir.
Azərbaycan xalqı artıq öz demokratik seçimin edib. Hakimiyyətin mənbəyi olan xalq Qərb dəyərlərinə əsaslanan hakimiyyət istəyini referendum yolu ilə təyin edib. Bunu ayrılmaz konstistusyon hüququna çevirib.
Bu fikirləri nəzərə alaraq, tərəfləri təmkinli olmağa çağırırıq. ABŞ-ın dünyada və regionda oynadığı rolundan və nüfuzundan maksimum yararlanıb, Azərbaycan öz müstəqilliyini möhkəmləndirməlidir. Qarşılıqlı ittihamlar ikitərəfli münasibətlərə xələl gətirə bilər. Azərbaycan müstəqil və suveren dövlət olduğu üçün hesab edirik ki, ABŞ tərəfindən səsləndirilən fikirlər və təkliflər tövsiyyə xarakteri daşımalıdır. Tövsiyyə mahiyyəti kəsb edən hər hansı təklif Azərbaycanın milli maraqlarına zidd deyilsə həyata keçirilə bilər. Hesab edirik ki, hər iki tərəf üçün optimal variantdı.
ABŞ və Azərbaycan ictimai-siyasi xadimlərini qarşılıqlı hörmətə və dözümlülüyə dəvət edirik. Tarixin bütün dönəmlərində xalqları və dövlətləri inkişafa və firavanlığa aparan yeganə yol qarşılıqlı anlaşmalar olub.



