Anti-Rusiya sanksiyaları səbəbindən sürətləndirilə bilən BRİKS- in genişlənməsi ABŞ-ın dünyada dominantlığını itirməsinə səbəb olacaq .
Elchi.az xəbər verir ki, bu barədə “infoBRICS” yazır .
Bundan əvvəl Misirin BRİKS-ə ( Braziliya , Rusiya , Hindistan , Çin , Cənubi Afrika ) qoşulmaq üçün müraciət etdiyi məlum olub . Eyni zamanda mediada BRİKS-in genişmiqyaslı genişlənməsini və 19-a yaxın ölkənin təşkilatına daxil edilməsini planlaşdırdığı barədə məlumatlar yayılıb.
Öz növbəsində Braziliya prezidenti “Luis İnasiu Lula da Silva” BRİKS-in ümumi valyutasının yaradılmasına və assosiasiya ölkələri arasında hesablaşmalarda dolların onunla əvəz edilməsinə çağırıb. Onun fikrincə, bu, biznesə kömək edəcək və ABŞ-dan asılılığı azaldacaq.
Bayero Universitetinin xarici əlaqələr üzrə analitiki və beynəlxalq əlaqələr üzrə müəllimi professor Riyauddin Maitama bildirib ki, BRİKS-in genişlənməsi ABŞ və onun G7 müttəfiqlərinin qlobal siyasət və ticarətdəki təsirini azaltmaq potensialına malikdir.
“Rusiya, Braziliya, Çin BRİKS-in qurucu üzvləridir və onlar ABŞ-ın dünya siyasətində və ticarətində hökmranlığına alternativ yaratmağa çalışırlar. BRİKS-in genişlənməsinin məqsədi qlobal siyasət və ticarət əlaqələrinə gəldikdə güc balansı yaratmağa çalışmaqdır”, – deyə o, izah edib.
Politoloqun fikrincə, əgər BRİKS həqiqətən də ciddi şəkildə genişlənməyə nail olsa, bu, dünya ticarətində qüvvələr balansının dəyişməsinə gətirib çıxaracaq. Eyni zamanda, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bu ekspansiyanı sürətləndirməyə kömək edir, çünki onlar inkişaf etməkdə olan ölkələri “etibarsız tərəfdaş olduqlarını sübut edən” ABŞ hakimiyyətinin hərəkətlərindən çəkindirir.
Öz növbəsində BRİKS-in iqtisadiyyata təsirinin artması və dünya valyutası kimi dollara alternativ ödəniş sisteminin yaradılması həm də assosiasiyanın dünya siyasətinə təsirinin artmasına səbəb olacaq.
Nuranə Məmmədova





