Türkmənistanda qabaqcıl texnologiyalardan istifadə edilməklə “ağıllı şəhər” konsepsiyasına uyğun olaraq inşa edilən “Arkadağ” şəhərinin açılışı olub.
Elchi.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Paytaxt Aşqabadın 30 kilometr cənub-qərbində yerləşən “Arkadağ” şəhərinin açılış mərasimində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov,Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır, Türkiyə Odalar və Birjalar Birliyinin sədri Rifat Hisarcıklıoğlu iştirak edib.
Prezident Berdiməhəmmədov lenti kəsərək şəhərinin açılışını edib və qonaqların müşayiəti ilə şəhərin bəzi binalarını gəzib.
Ağıllı şəhər konsepsiyasına uyğun müasir texnoloji avadanlıqlarla təchiz edilmiş və ekoloji cəhətdən təmiz olması ilə seçilən Arkadağ şəhərində elektriklə işləyən avtobuslar və nəqliyyat vasitələri xidmət göstərir.
“Ağıllı şəhər” kimi xarakterizə edilən “Arkadağ” şəhərinin statusu “dövlət şəhəri” kimi qəbul edilib.
Nuranə Məmmədova




