Fransada Senat 15 yaşından kiçik istifadəçilərin sosial media platformalarında qeydiyyatdan keçməsi və istifadə etməsi üçün valideynlərin razılığını tələb edən qanun layihəsini təsdiqləyib.
Elchi.az xəbər verir ki, Fransada Senat çox danışılacaq daha bir qətnamə qəbul edib.
15 yaşından kiçik uşaqların sosial media platformalarında qeydiyyatdan keçmək üçün valideynlərindən icazə almasını tələb edən qanun layihəsi Senatda yekdilliklə qəbul edilib.
Buna görə platformalar istifadəçilərin yaşını və yetkinlik yaşına çatmayanların valideynlərindən icazə alıb-almadığını yoxlamaq üçün sistemdən istifadə etməlidirlər.
Nuranə Məmmədova





