Brüsseldə keçirilən sammitin birinci gününün yekunlarından sonra Aİ liderləri Qara dəniz taxıl təşəbbüsünün “həyata keçirilməsinin ləngiməsindən” narahatlığını bildirib və onun tam şəkildə həyata keçirilməsinə çağırıblar.
Elchi.az bu barədə “1prime.ru” saytına istinadən xəbər verir.
Aİ ölkələrinin başçıları qeyd ediblər ki, yaranmış vəziyyətə görə məsuliyyət Moskvanın üzərinə düşür.
İyunun 29-30-da Brüsseldə Aİ sammiti keçirilir.
22 iyul 2022-ci ildə Qara Dəniz Təşəbbüsü Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanıb. Bu, üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Rusiya lideri Vladimir Putin qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini ehtiyacı olan Afrikaya deyil, öz ölkələrinə ixrac edir.
Nuranə Məmmədova





