Cənubi Amerikanın Kolumbiya ölkəsində 5,2 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, Kolumbiyanın Geoloji Xidməti 5,2 bal gücündə, episentri ölkənin Meta inzibati bölgəsindəki “San Juan-de Arama” olan zəlzələnin yerli vaxtla saat 20:52-də və 30 kilometr dərinlikdə baş verdiyini bildirib.
Yeraltı təkanların paytaxt Boqota da daxil olmaqla bir çox şəhərdə hiss olunduğu paylaşılıb.
Ölkədə sonuncu zəlzələ mayın 28-də 5,7 bal gücündə olub.
Nuranə Məmmədova





