Kəlbəcər rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Elchi.az Report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində Gəncə şəhər sakini, 1953-cü il təvəllüdlü Məhəmməd Əmiraslan oğlu Vəliyev ağır xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.
Müayinə zamanı ona boyun fəqərəsinin sınığı diaqnozu qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.
Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb
Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...





