Fransanın baş naziri Elizabet Borne küçələrdəki etirazlarla bağlı ölkədə asayişin bərpası üçün bütün imkanların, o cümlədən fövqəladə vəziyyətin müzakirə edildiyini bildirib.
Elchi.az xəbər verir ki, Baş nazir Borne iyunun 27-də Nael M. adlı 17 yaşlı sürücünün polis gülləsi ilə öldürülməsi və getdikcə şiddətlənməsinin ardından ölkənin Nanterre şəhərində başlayan etirazlarla bağlı açıqlama verib.
Borne bəyan edib ki, ölkədə asayişin bərpası üçün bütün imkanlar, o cümlədən fövqəladə vəziyyət masa üzərindədir.
Şayəstə Hüseynova





