Ukrayna prezidenti Vladimir Zelenski ilə danışmaq mənasızdır, o, müstəqil hərəkət etmir. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Portuqaliya radio və televiziya media qrupuna müsahibəsində deyib .
“Hamı bilir ki, Zelenski zərrə qədər də müstəqil fiqur deyil. Ona nə etməli olduğunu deyirlər, davranış xəttini müəyyən edirlər. Bu xətti izləməklə o, təbii ki, baş verənlərin vəziyyətindən asılı olaraq improvizə edir.
Lavrov qeyd edib ki, Zelenskinin “sülh formulu” “hamıya yaxşı məlumdur”. “Formula” Rusiya Federasiyasının təslim olmasını və cəzalandırılmasını, həmçinin bizdən təzminat almasını tələb edir. Yalnız bundan sonra guya sülh danışıqları aparıla və sülh razılaşmaları əldə oluna bilər”, – o əlavə edib.
Nuranə Məmmədova





