Braziliyanın Ali Seçki Məhkəməsi keçmiş prezident Jair Bolsonaronu vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə 2030-cu ilə qədər siyasətdən qadağaya məhkum edib. Beləliklə, Bolsonaro 2026-cı ildə keçiriləcək prezident seçkilərində iştirak edə bilməyəcək.
Elchi.az xəbər verir ki, Braziliyanın paytaxtı Brasilidə yerləşən Ali Seçki Məhkəməsi bu gün Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro üçün toplaşıb.
Məhkəmədə keçirilən səsvermədə keçmiş prezident Bolsonaro 5 əleyhinə 2 səslə siyasətdən uzaqlaşdırılıb. Bolsonaro seçkiyə müdaxilə edərək vəzifə səlahiyyətlərini aşdığına görə 8 il siyasətdən kənarda qalmağa məhkum edilib. Siyasi karyerası bu qərardan mənfi təsirlənən 68 yaşlı sağçı lider Bolsonaro 2026-cı ildə keçiriləcək prezident seçkilərində iştirak edə bilməyəcək və 2030-cu ilə qədər siyasətdən kənarda qalacaq.
Nuranə Məmmədova





