Fransa prezidenti Emmanuel Makron ölkədəki vəziyyəti həll edə bilməsə, təhlükəli nəticələrlə üzləşə bilər.
Elchi.az xəbər verir ki, bu barədə The New York Times (NYT) qəzetinin köşə yazarı “Rocer Koen” bildirib .
O, Makronu asayişi mümkün qədər tez bərpa etməyə çağırıb, əks halda fövqəladə vəziyyət elan edilməli olacaq, yəni ölkə hökuməti etirazların öhdəsindən gələ bilməyəcək. Koen həmçinin qeyd edib ki, Fransanın dövlət başçısına qarşı incikliyi həddindən artıq kəskin olsa, vəziyyəti düzəltmək mümkün olmayacaq.
Nuranə Məmmədova




