İndoneziyanın Yava adasında baş verən 6,4 bal gücündə zəlzələdə 1 nəfər ölüb, 9 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyinin (BMKG) verdiyi açıqlamaya görə, yerli vaxtla saat 19:58-də İndoneziyanın Yava adasında 6,4 bal gücündə zəlzələ baş verib.
Zəlzələ 25 kilometr dərinlikdə qeydə alınarkən, episentrinin Yoqyakarta Xüsusi Bölgəsinin Bantul şəhəri sahillərində olduğu bildirilib. Bildirilib ki, Yoqyakarta bölgəsində və Mərkəzi Yava əyalətində onlarla ev, ofis, səhiyyə və təhsil mərkəzlərinə yüngül ziyan dəyib. Həmçinin 1 nəfərin öldüyü, 9 nəfərin yaralandığı bildirilib. Təhlükəsizlik kameralarına əks olunan zəlzələ anında insanların titrəyərək təşviş içində qaçdığı görülüb.
Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.
Nuranə Məmmədova





