May ayında Qərbi Balkan ölkəsi Serbiyada baş verən silahlı hücumlardan sonra başladılan sənədsiz silahların könüllü çatdırılması çərçivəsində təhlükəsizlik qüvvələrinə 108 min 883 ədəd silah və partlayıcının verildiyi bildirilib.
Elchi.az xəbər verir ki, Kriminal İşlər İdarəsinin rəsmilərindən Bojana Otovic Pjanovic 8 may-30 iyun tarixlərində könüllü olaraq icazəsiz silahların çatdırılması çərçivəsində təhlükəsizlik qüvvələrinə 108 883 silah və partlayıcının çatdırıldığını açıqlayıb.
Otovic Pyanovic, “Təhlükəsizlik qüvvələrinə təhvil verilənlərin 82 min 398-i silahdır. Bunların arasında sənədsiz silahlarla yanaşı, sahibi dünyasını dəyişdikdən sonra evdə tapılan lisenziyalı silahlar da var. Bundan başqa, 26 min 485 partlayıcı da çatdırılıb” dedi.
Tətbiq çərçivəsində 4 milyondan çox güllənin çatdırıldığını qeyd edən Otovic Pjanovic, “Müraciətin nəticələrindən çox razıyıq” dedi.
Otovic Pyanovic qeyd edib ki, sənədsiz silahların könüllü təhvil verilməsi dünən gecə yarısından etibarən başa çatıb və növbəti müddətdə cinayət işlərinin icrasına başlanılacaq.
Şayəstə Hüseynova




