"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakı erməni hərbçilərin meyitlərini İrəvana niyə verdi?

01 İyul 2023 - 15:23
in MANŞET

“Qisas 2” əməliyyatında məhv edilən iki erməni hərbçisinin meyiti Ermənistana təhvil verilib: Qarabağda qanunsuz hərbi birləşmələrin üzvü olan bu ermənilərin meyitlərinin verilməməsi Azərbaycanın haqqı idi, yaxud meyitləri nələrinsə qarşılığında vermək olardı;
Bakının niyə belə addım atdığı suallar yaradır.
İrəvan Ermənistan silahlı qüvvələrinin hərbçilərinin Qarabağda olduğunu təkzib edir: gah üçtərəfli bəyanatın müddəalarını təhrif edir, gah silahlı dəstələrin separatçıların qondarma “müdafiə ordusu” olduğunu deyir, gah da erməni ordusunun hərbçilərinin çıxarıldığı iddiasını ortaya atır.
Son əməliyyatda məhv edilən 5 erməni hərbçinin ikisinin Ermənistan ordusunun üzvü olması faktı İrəvanın iddialarını çürütdü. Bakının meyitləri qaytarması da Ermənistanın bundan sonra “Qarabağda erməni ordusunun hərbçilərinin olduğu”nu təkzib etmək imkanını əlindən almağa hesablanıb.
Və bunun Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə edilməsi, Laçın postundan keçidin təmin edilməsi, xüsusilə görüntülərin qeydə alınması hesablanmış və bundan sonra erməni qoşunların Qarabağdan çıxarılmasına dair prosesin inkişafını müəyyən edəcək amildir.
Birincisi, iki erməni hərbçinin meyitlərini qaytarılması ilə təkcə Ermənistan yox, həm də beynəlxalq ictimaiyyət – bölgədəki proseslərin iştirakçısı olan Rusiya və Qərb fakt qarşısına qoyuldu: Vaşinqton görüşündə müzakirə edilən məsələlərdən biri də bu idi; istisna deyil ki, İrəvan görüşdə yenə “təkzib mövqeyi”ni davam etdirib, Bakı bu addımla beynəlxalq ictimaiyyətə faktı təqdim edir və aydındır ki, qarşıdakı günlərdə əsas prioritet erməni qoşunların çıxarılması tələbi olacaq;
İkincisi, qoşunların çıxarılması öhdəliyi yerinə yetirilməsə, Azərbaycanın son əməliyyat kimi praktiki mərhələdə addımlar atacaq: iki erməni hərbçinin meyitinin təhvil verilməsi də bu addımlara “istinad nöqtəsi”nin yaradılması gedişidir;

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Asif Nərimanlı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Serbiyada 2 ayda 108 883 silah “könüllü” təslim edilib

Next Post

Putinlə Abbas arasında telefon danışığı olub

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Putinlə Abbas arasında telefon danışığı olub

Putinlə Abbas arasında telefon danışığı olub

Orban: “Zəif xalqlar” tezliklə yox olacaq

Orban: "Zəif xalqlar" tezliklə yox olacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.