Rusiya prezidenti Vladimir Putin ilə Fələstin dövlət başçısı Mahmud Abbas arasında telefon danışığı olub.
Elchi.az xəbər verir ki, Kremlin bəyanatına görə, Fələstin lideri Abbas 24 iyun hadisələri zamanı Rusiya administrasiyasının konstitusiya quruluşu və hüququn qorunması istiqamətində atdığı addımları tam dəstəklədiyini bildirib.
Görüş zamanı iki lider Rusiya ilə Fələstin arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı münasibət bildiriblər.
Rusiya tərəfi mövcud beynəlxalq hüquq normaları əsasında Fələstin-İsrail böhranının ədalətli və davamlı həllinin tapılması ilə bağlı mövqeyini bir daha təsdiqləyib.
Prezident Putin Abbası və bütün Fələstin xalqını Qurban bayramı münasibətilə təbrik edib.
Putin və Abbas təmasları davam etdirmək barədə razılığa gəliblər.
Nuranə Məmmədova




