Fransada dörd gün davam edən iğtişaşlar zamanı yüzlərlə tütün dükanı və ərzaq mağazası talan edilib. Elchi.az xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat naziri Bruno Le Maire özünün “Facebook” hesabında olan mətbuat konfransında bildirib.
“Zərəri hesablamaq hələ tezdir, lakin azı 250 tütün mağazası, 250 bank filialı və 200 ərzaq mağazası talan edilib”, – deyə İqtisadiyyat Nazirliyinin rəhbəri əlavə edib.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Berlinə səfərini qeyri-müəyyən müddətə təxirə salıb. Bu qərarı dövlət başçısı polis əməkdaşının 17 yaşlı gənci güllələməsindən sonra ölkədə baş verməyə başlayan hadisələr fonunda verib.
Havar Şəfiyeva




