Beynəlxalq Şahmat Federasiyası (FİDE) iyul ayı üçün reytinq cədvəlini açıqlayıb.
Elchi.az xəbər verir ki, Teymur Rəcəbov (2 747 xal) 1 pillə irəliləyərək 12-ci sıraya yüksəlib. Şəhriyar Məmmədyarov (2 742 xal) isə 15-ci pillədən 14-cü yerə yüksəlib.
Qədir Hüseynov (2 661) 3 pilləlik sıçrayışla əvvəlki mövqeyinə – 83-cü sıraya qalxıb.
Siyahıya yenə də norveçli Maqnus Karlsen (2 853) başçılıq edir. İkinci və üçüncü pillələrdə isə ABŞ təmsilçiləri Hikaru Nakamura (2 787) və Fabiano Karuana (2 782) qərarlaşıb.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2 448) 26-cı, Ülviyyə Fətəliyeva (2 401) 53-cü, Xanım Balacayeva (2 368) 79-cu, Gülnar Məmmədova (2 357) 86-cı, Gövhər Beydullayeva (2 355) 92-ci sırada yer alıb.
“Bayer 04” komandası yeni rekorda imza ata bilər
Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...




