Ukrayna ərazisində münaqişə olduğu müddətdə NATO-ya üzv ola bilməyəcək. Elchi.az TASS-a istinadən xəbər verir ki, Almaniya kansleri Olaf Şolz Şimali Atlantika Alyansına qəbuldan imtina üçün bunu səbəb göstərib.
“Müharibə zamanı bizim ittifaqımıza daxil olmaq ümumiyyətlə ola bilməz. Üzvlük üçün şərt sərhəddə həll olunmamış münaqişələrin olmamasıdır”, – Şolz bildirib.
Siyasətçi xatırladıb ki, Almaniya münaqişə başlayandan bəri Ukrayna ilə fəal danışıqlar aparır.
Havar Şəfiyeva





