Roma Papasının Ukraynadakı vəziyyətin nizamlanması üzrə nümayəndəsi kardinal Matteo Zuppi bildirib ki, Vatikanın münaqişəyə son qoymaq üçün danışıqlara başlamaq üçün planı yoxdur. Elchi.az xəbər verir ki, onun sözlərini “Il Resto del Carlino” qəzeti dərc edib.
İyunun 29-da Zuppi Moskvadakı Danilov monastırına rəsmi səfərə gəlib və bundan əvvəl Kiyevə səfər edib və burada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.
Eyni zamanda, o qeyd edib ki, Vatikanın zorakılığı dayandırmaq və insan həyatını xilas etmək arzusu var.
Havar Şəfiyeva





