MDB-nin Avropa hüququ kafedrasının dosenti, Avropa İnformasiya Mərkəzinin direktoru Nikolay Topornin qeyd edib ki, Serbiya ölkələr arasında çoxdankı sıx əlaqələrə görə anti-Rusiya sanksiyaları tətbiq etmək istəmir. Elchi.az xəbər verir ki, o, Lenta.ru ilə söhbətində Belqradın Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlər görməkdən imtina etməsini izah edib.
“Rusiya ilə Serbiya arasında münasibətlər xüsusilə Balkan müharibəsi zamanı, daha da möhkəmləndi. Serblər hələ də bunu yüksək qiymətləndirirlər. Onlar da bizim Kosovo ilə bağlı mövqeyimizi yüksək qiymətləndirir. Biz serblərin tarixən özlərinə məxsus hesab etdikləri Kosovo ərazilərini qaytarmaq istəyini tamamilə dəstəkləyirik”, – politoloq izah edib.
Topornin qeyd edib ki, eyni zamanda Serbiya prezidenti Aleksandr Vuçiç Avropa İttifaqı ölkələrinin Belqrada qarşı təzyiqlərinə müqavimət göstərməyə çalışır.
Vuçiç daha əvvəl bildirib ki, onun ölkəsi başqalarının istəklərinə zidd olaraq anti-Rusiya sanksiyaları tətbiq etmək istəmir. Onun sözlərinə görə Serbiya dözə bildiyi müddətcə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək.
Havar Şəfiyeva






