"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Neft sektorunda gərginlik: ixtisarlar və narazılıqlar

23 Yanvar 2015 - 09:32
in İQTİSADİYYAT MANŞET

Mirvari Qəhrəmanlı: “Belə çıxır ki, neftçi təqaüd yaşına çatanadək hava ilə dolanmalıdır?”img1729582

Bunu da oxuyun

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

Dünya bazarlarında neftin ucuzlaşmasına görə işçilərinin sayını azaltmağa qərar verən BP şirkəti Azərbaycanda da ixtisarlara başlayıb. Belə ki, “BP- Azərbaycan” şirkəti işçilərindən bir hissəsini ixtisar edib. Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.
O bildirib ki, neftçilər qəfildən və əvvəlcədən xəbərdarlıq edilmədən işdən çıxarılıblar. M.Qəhrəmanlının sözlərinə görə, “BP- Azərbaycan” şirkətinin Təchizat Bazasında (ASKO) işdən çıxanlara bildirişlər təqdim olunmayıb: “Halbuki Əmək Məcəlləsinin tələblərinə görə işçi iki ay əvvəldən xəbərdarlıq almalıdır. Şirkət ixtisar adı ilə işçiləri qanunsuz işdən çıxarıb. Buna görə də “BP- Azərbaycan” şirkəti məhkəməyə veriləcək. İşdən çıxarılanların sayı dəqiqləşdirilir. Məhkəməyə müraciət edənlərə təşkilatımız tərəfindən hüquqi yardım göstəriləcək”. BP bundan əvvəl Şotlandiyanın Aberdin şəhərindəki qərargahında bir neçə yüz işçini ixtisara salıb. Analitiklər bunu BP-nin neftin qiymətlərinin yaxın vaxtlarda artacağına inanmamasının sübutu kimi qiymətləndirirlər. Aberdin ofisi BP üçün böyük əhəmiyyətə malik mərkəzdir və oradakı qərargahda 4 min işçi çalışır. Bu mənada bir neçə yüz işçinin ixtisarı çox görünməsə də rəmzi xarakter daşıyır.
Qeyd edək ki, aşağı neft qiymətləri neft şirkətlərini işçilərini ixtisar etməyə məcbur edir. “BP-Azərbaycan” şirkəti dekabrın əvvəlində heyətinin azaldılacağını elan etmişdi. Daha sonra “Turan” agentliyi aydınlaşdırdı ki, ilin əvvəlindən şirkət işçi heyətinin 15 faizini ixtisar edəcək. İndi isə Caspian-Barrel-ə sahə mənbələrindən məlum olub ki, 2015-ci ilin birinci rübündə Halliburton şirkəti öz personalının ixtisarına hazırlaşır. Şirkət dekabrda Baker Huges şirkətini satın almışdı. Şirkətlərin yaxında birləşməsi başlanacaq. Lakin neft qiymətlərinin azalması Azərbaycanda qazma işlərinin azalmasına gətirib çıxarıb. Neft şirkətləri qazma və servis işlərində qənaət etmək qərarına gəliblər.
Qeyd edək ki, dünyanın ən böyük neft-servis şirkətlərindən olan Schlumberger  bütün dünya üzrə 9 min işçisini və ya işçi qüvvəsinin 7 faizini ixtisar edəcək. Dünya bazarında qiymətlərinin 60 faiz aşağı düşməsindən sonra Schlumbergerin müştəriləri  sərmayə qoyuluşunu və qazma işlərini azaltmaq niyyətindədirlər. Şirkətin özü isə sərmayə qoyuluşunu 2014-cü ildəki 4 milyard dollardan 3 milyarda qədər azaltmaq niyyətindədir. Schlumberger 20 ildən artıqdır Azərbaycanda fəaliyyət göstərir və onun əməkdaşları dənizdə və quruda quyulara servis xidməti göstərirlər.
Həmçinin uzun illər “Azərneftyağ” neft emalı zavodunun idarəetmə aparatında çalışmış bir neçə işçi Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinə müraciət edib. Bildirilir ki, neftçiləri bu addımı atmağa sövq edən səbəb var. Belə ki, bu zavod ləğv olunub və Bakı Neft Emalı Zavoduna birləşdirilib. Bu vaxta qədər ixtisar xəbərdarlığından yalnız zavodun fəhlələri təşvişə düşürdü. İndi idarəetmə aparatında çalışanlar da narahatdır. Onlar komitənin sədri Mirvari Qəhrəmanlıya bildiriblər ki, Dövlət Neft Şirkətindən ixtisar xəbərdarlığı alıblar.
Mirvari Qəhrəmanlı virtualaz.org saytına açıqlamasında neftçilərin müraciəti barədə məlumat verib: “Mənə dedilər ki, iki ay əvvəl onlara 389 nəfərin ixtisar olunacağı bildirilib. O zaman idarə aparatında çalışanların adları çəkilmirdi. Ancaq indi deyirlər ki, siyahıda idarə aparatında işləyənlər də var. Kim Bakı Neft Emalı Zavoduna az maaşla aşağı vəzifədə işləməyə razılaşsa, o qalacaq. Kim razılaşmasa, bu başdan başına çarə qılsın. İşçilərsə deyirlər kim razı olar ki, burada şöbə müdiri işləyəndən sonra gedib orada yer süpürsün?”.
Neftçilərin işlə bağlı gələcək taleyi sual altındadır. Himayəsində azyaşlılar, qocalar, əlillər olan işçilər daha çox narahatdır. Onlar bu barədə narahatlıqlarını Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinə bildiriblər. M.Qəhrəmanlı qeyd edib ki, işçiləri narahat edən digər məsələ odur ki, onlara apreldə işsiz qalacaqları barədə xəbərdar edilsələr də, kompensasiya vəd olunmur: “Məsələn, eləsi var ki, deyir, şəxsən mənim təqaüd vaxtıma xeyli var, bu yaşda mənə kim iş verəcək, təqaüdə çıxanadək məni kim himayə edəcək. Belə çıxır ki, neftçi təqaüd yaşına çatanadək hava ilə dolanmalıdır”.
Qeyd edək ki, ARDNŞ-in 24 dekabr, 2014-cü il tarixli əmri ilə “Azərneftyağ” neft emalı zavodunun 1 yanvar, 2015-ci il tarixdən Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna qoşulmaqla fəaliyyətinə xitam verilib. Ötən ilin sonunda şirkətin rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bu barədə danışarkən bildirmişdi ki, böyük ixtisarlar nəzərdə tutulmayıb. Onun sözlərinə görə, ixtisarlar “Azərneftyağ”da çalışan fəhlələrə şamil edilməyəcək. Fəhlələr Bakı Neft Emalı Zavoduna köçürüləcək. “Azərneftyağ”da və Bakı Neft Emalı zavodunda ayrı-ayrılıqda 198 rəhbər şəxs var. İxtisarlar onların arasında aparılacaq.
Mirvari Qəhrəmanlının sözlərinə görə, iki zavodun birləşməsi ilə bağlı yeni ştat cədvəli hazırlanır: “Təbii ki, ixtisara düşənlər olacaq. Yeni tərkib üçün hər iki zavodun peşə bilikləri yoxlanılacaq. Ən yüksək bal toplayan işlə təmin olunacaq. İşçilər arasında müxtəlif banklardan kredit alanlar da var. Sexlər köçürülməyəcək. Elə “Azərneftyağ”ın ərazisində qalacaq”.(Musavat.com)

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Poroşenkodan sərt bəyanat: “Dişlərindən vuracağıq…”

Next Post

Erməni ailəsini qıran Permyakov danışdı (VİDEO)

Bənzər yazılar

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

29 Aprel 2024 - 10:15

Türkiyənin dəri məmulatlarının istehsalı üzrə ixtisaslaşmış “Birlik Deri” şirkətinə Ağdam Sənaye Parkının rezidenti statusu veriləcək. Elchi.az  xəbər verir ki, bu...

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

17 Aprel 2024 - 15:24

Bakıda bu gün Ekspo Mərkəzdə "Made in BRICS & SCO" beynəlxalq sərginin açılışı olub. Elchi.az  xəbər verir ki, burada BRİCS...

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

16 Aprel 2024 - 21:58

Bu ilin yanvar-mart aylarında Azərbaycanda hava nəqliyyatı ilə 94,5 min ton yük, 782,1 min sərnişin daşınıb. Elchi.az  bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər...

Bitkoin kəskin ucuzlaşıb

Bitkoin kəskin ucuzlaşıb

22 Mart 2024 - 20:35

Bitkoinin məzənnəsi “Coinbase” birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. Elchi.az xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın...

Next Post

Erməni ailəsini qıran Permyakov danışdı (VİDEO)

Stepan Safaryan: "Rusiya erməniləri elə vəziyyətə qoyub ki..."

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.