İranın Sistan-Bəlucistan əyalətinin Zehek və Hirmand şəhərləri 50 dərəcə isti ilə ölkənin ən isti bölgələri olub.
Elchi.az xəbər verir ki, İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, Sistan-Bəlucistan meteorologiyasının baş direktoru Muhsin Haydari bölgədəki isti hava ilə bağlı açıqlama verib.
Haydari bildirib ki, Zehek və Hirmend şəhərlərində hava istiliyi 50 dərəcəyə çatıb və bu, onları ölkənin ən isti bölgələri edib.
Vilayətin inzibati mərkəzi olan Zahidan şəhərində temperaturun 42 dərəcə olaraq ölçüldüyünü bildirən Haydari, bazar ertəsi günündən etibarən küləyin güclənməsi ilə hava istiliyinin azalacağına diqqət çəkib.
Nuranə Məmmədova





