Bu gün Türkiyə Nazirlər Kabinetinin yeni dövrünün 3-cü iclası keçiriləcək. İlin ikinci yarısı üçün dövlət qulluqçularının və pensiyaçıların maaşlarının artırılması iclasın gündəliyinin prioritet məsələsi olacaq. İclasda daxili və xarici siyasətdəki inkişaflar da müzakirə olunacaq.
Elchi.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Prezident kabineti 3 həftəlik fasilədən sonra iclas keçirəcək. Beştəpədə keçiriləcək toplantıya prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.
İclasın əsas gündəmi iqtisadiyyatda baş verənlər olacaq.
Nazirlər Kabinetinin üzvləri inflyasiya və həddindən artıq qiymətlərlə mübarizə üçün görüləcək əlavə tədbirlərlə bağlı qiymətləndirmələr aparacaqlar.
Nuranə Məmmədova





