Kanada kosmetik vasitələrin heyvanlar üzərində sınaqdan keçirilməsini qadağan etmək qərarına gəlib.
Elchi.az BBC.com-a istinadən xəbər verir ki, hökumətin qərarına əsasən, həm kosmetik vasitələrin heyvanlar üzərində sınaqdan keçirilməsi, həm də heyvanlar üzərində sınaqdan keçirilmiş məlumatlar əsasında istehsal olunan məhsulların satışını qadağan edən Qida və Dərman Qanununa dəyişiklik edilir.
Beləliklə, Kanada kosmetik vasitələrin heyvanlar üzərində sınaqdan keçirilməsini qadağan edən Avropa Birliyinə, Avstraliya, Böyük Britaniya və Cənubi Koreyaya qoşulur.
Yeganə




