"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda boşanmaların əsas səbəbləri açıqlanıb

03 İyul 2023 - 15:47
in CƏMİYYƏT

2020-2021-ci illərlə müqayisədə ölkəmizdə 2022-2023-cü illərdə nikahların sayı daha çox olub və təxminən 15-20% artım müşahidə edilib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov deyib. Onun sözlərinə görə, 2020-2021-ci illərlə müqayisədə 2022-2023-cü ildə boşanmaların sayında da azalma müşahidə edilib:

“Əhali artımı və nikahlarla müqayisədə 2020-2021-ci illərdən fərqli olaraq 2022-2023-cü illərdə boşanmaların sayı azalıb. Bu məsələdə son iki ildə Mediasiya Şurası tərəfindən aparılan işlərin də rolu olub. Məişət zorakılığı zəminində səbəblər xaric olmaqla, kiçik, həll edilməsi mümkün olan səbəblərdə boşanmaq üçün müraciət edən cütlüklərin bu qərardan yayınmasında Mediasiya Şurasının rolu önəmlidir. Buna görə iki ayrı istiqamət olmalıdır. Məişət zəminində zorakılıq faktı olduqda biz qadın və uşaqlara dəstək göstərir, hüququnun müdafiə edilməsinə kömək edirik”.

Şöbə müdiri bildirib ki, əvvəlki illərlə müqayisədə bu gün cəmiyyətimizdə stereotiplər, yanaşmalar dəyişib:

“2015 və 2023-cü illəri müqayisə etdiyimizdə görürük ki, bu gün məişət zəminində zorakılığa “dözmək” gündəmdə deyil, xanımlar azadlığı seçir və məişət zəminində zorakılıqla yaşamağa etiraz edir, boşanmağı seçirlər”.

Elgün Səfərov Azərbaycanda boşanmaların səbəblərini də açıqlayıb. O bildirib ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin son beş-altı illik araşdırmalarının nəticələrinə görə, səbəblər arasında birinci yerdə məişət zəminində zorakılıq faktı gəlir:

“İkinci yerdə qərarlaşan səbəb sonsuzluqdur və son illərdə aktual problemlərdən birinə çevrilib. Üçüncü səbəb alkoqol və narkotik asılılığıdır. Dördüncü səbəb xəyanət, qısqanclıqdır. Ümumi səbəblərə baxdığımızda isə görürük ki, boşanmaların səbəbi patriarxal stereotiplərdir ki, bunlar məişət zəminində zorakılıq kimi problemlərə səbəb olur ”.

“Əhalinin reproduktiv hüquqlarının təmin edilməsi məqsədilə işlər aparılmalıdır. Bu baxımdan milli qanunvericilik təkmilləşdirilməlidir, – deyə o qeyd edib.

Elgün Səfərov həmçinin bildirib ki, rəsmi səbəblərdə daha çox cütlüklərin xasiyyətinin fərqli olması qeyd edilir, lakin həmin boşanmalar arasında da araşdırma apardıqda görünür ki, sonsuzluq, alkoqol və narkotik vasitələrdən asılılıq gündəmdə olan əsas problemlərdəndir. Eyni zamanda digər xəstəliklər, xəyanət, qısqanclıq da səbəblər arasında əsas yer tutur.

Şöbə müdiri deyib ki, sağlam ailə strukturunun qorunması Komitə üçün prioritetdir:

“Bunun üçün ardıcıl tədbirlər aparılır. Ailənin stabilliyinin qorunmasına, sosial-iqtisadi vəziyyətin dəstəklənməsinə, eyni zamanda da patriarxal stereotiplərin aradan qaldırılmasına – hansı ki uşaq nikahlarına və bu nikahlardan dünyaya gələn uşaqların sayının artmasına, qızların təhsilinin məhdudlaşdırılmasına gətirib çıxarır, bunların qarşısının alınmasına cəhd edilir”.

Elgün Səfərovun sözlərinə görə, Komitə tərəfindən formalaşdırılan strategiyaya görə, nikahların stimullaşdırılması vacib olduğu kimi, eyni zamanda seçim çərçivəsində məsuliyyətli yanaşmanın olması da əsasdır:

“Bu çərçivədə ailə dəyərləri, yeni ailənin məsuliyyəti, doğulan uşaqların necə tərbiyə edilməsi, ailədə bir-birini başa düşmək üçün xasiyyətlərin uyğunluğunun vacibliyi və sağlamlıqla bağlı arayışların alınmasında vətəndaşların bir-birinə açıq olması əsas götürülür. Evlilik zamanı yoluxucu xəstəliklərin gizlədilməsi də sonradan boşanmaya səbəb olan faktorlardan biridir”.

Elgün Səfərov bildirib ki, evlənəndən 20-30 il sonra olan boşanmaların səbəbləri isə araşdırmalara görə, məişət zəminində baş vermiş zorakılıqlarla bağlı olub.

Şöbə müdiri qeyd edib ki, ötənilki boşanma və nikahlarla bağlı Komitənin araşdırmaları tamamlanıb və təqdimatı nəzərdə tutulub.(apa)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Macarıstan Ukraynanın NATO-ya üzv olmaq planlarına reaksiya verib

Next Post

Avropa Fransa iğtişaşlarına görə panikaya düşdü

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Avropa Fransa iğtişaşlarına görə panikaya düşdü

Avropa Fransa iğtişaşlarına görə panikaya düşdü

DGK-da dəyişiklik: Generalların sayı kəskin azaldılır

DGK-da dəyişiklik: Generalların sayı kəskin azaldılır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.