İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani iğtişaşların Fransadan digər fransızdilli ölkələrə keçmə riski barədə xəbərdarlıq edib.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, o, bu barədə “Rai3” kanalının efirində bildirib.
“Biz bu zorakılığın neft ləkəsi kimi İsveçrə və Belçikaya yayılmasının qarşısını almalıyıq”,-deyə Tajani qeyd edib.
Diplomat vuğulayıb ki, qətlə yetirilən gəncin nənəsi Fransada etiraz aksiyalarının başlanmasına görə sülh çağırışı edib. Bundan əlavə, Tajani etirazların təhrikçilərinin təcrid olunmalı olduğunu vurğulayıb. O, əlavə edib ki, bu iğtişaşlarda manipulyasiya elementi var.
Yeganə




