Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukraynanın hərbi münaqişə bitməmiş NATO-ya üzv olmaq planlarına reaksiya verib. Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
Departament rəhbəri iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitdə Ukraynanın alyansa dəvət ala bilməyəcəyi sualını cavablandırıb. Onun sözlərinə görə, müharibə şəraitində olan bir ölkənin NATO-ya üzvlüyü müzakirə olunmur.
O, həmçinin bəyan edib ki, avropalı həmkarlarının böyük əksəriyyəti bu məsələnin gündəliyə salınmasının əleyhinədir.
Havar Şəfiyeva






