Türkiyənin Kürd Xalqların Demokratik Partiyası 2024-cü ildə keçiriləcək yerli idarəetmə seçkilərində öz namizədləri ilə iştirak etmək qərarına gəlib.
Elchi.az-ın Ntv.com.tr-yə istinadən xəbərinə görə, “Xalqların Demokratik Partiyası”nın Vanda keçirilən konfransında partiyanın qadın həmsədri Pərvin Buldan 2024-cü ilin martında keçiriləcək yerli seçkilərdə hər şəhərdə öz namizədini irəli sürəcəklərini bildirib.
Qeyd edək ki, 2023-cü ilin mayında keçirilən prezident və parlament seçkilərində kürd partiyası müxalifət blokunun tərkibində seçkilərə qatılmışdı.
Yeganə





