ABŞ-ın Texas ştatında itlərini gəzdirərkən itkin düşən yeniyetmə 8 ildən sonra tapılıb.
Elchi.az-ın Ria.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Texasın İtkin Şəxslərə Yardım Mərkəzi Tvitter hesabında məlumat yayıb.
“Səkkiz uzun ildən sonra Rudi tapıldı… Xahiş edirik, Rudi xəstəxanada sağalarkən, dualarınızda onun ailəsini də xatırlamağa davam edin”, – deyə mərkəzdən bildirilib.
Qeyd edək ki, gənc oğlan huşsuz vəziyyətdə kilsənin yaxınlığında əzilmiş və kəsiklərlə tapılıb. O, tapıldıqdan sonra yalnız bir neçə kəlmə danışdığı üçün başına gələnlər qeyri-müəyyən olaraq qalır.
Yeganə





