"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Zəlzələ Azərbaycanda bu problemi ortaya çıxardı

04 İyul 2023 - 09:42
in GÜNDƏM

Xəzər dənizində baş verən, şimal bölgəsində, Abşeron və Bakıda hiss olunan zəlzələ Azərbaycanda təkcə təbii fəlakət təhlükəsini yox, həm də “çaxnaşma təhlükəsi”ni ortaya çıxardı.
Küçələrdə yaşanan çaxnaşma insanların təşviş keçirməsi fonunda təbiidir, Türkiyədə baş verən və oradakı qardaşlarımızla birlikdə günlərlə yaşadığımız hislər bu qorxunu daha da gücləndirib. Bu baxımdan, xüsusilə hündürmərtəbəli binaların çoxluq təşkil etdiyi paytaxt sakinlərinin gecəni küçədə keçirməsi normal haldır.
Normal olmayan evlərdə hiss olunan zəlzələnin növbəti dalğasının sosial platformalarda baş verməsidir. Çaxnaşma təhlükəsi də bu zaman ortaya çıxdı.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Növbəti dalğaların dəqiqəsinə və neçə bal olacağına qədər “nöqtə” proqnozlar yayılmağa başlandı: 02:21 – 6,1 bal; 04:21 – 5,8 bal; 06:32 – 6,0 bal;

Foto-skrin olaraq yayılan bu məlumat çaxnaşmaya səbəb oldu. Halbuki, dünya təcrübəsində indiyə qədər zəlzələnin bu qədər dəqiq vaxtını və gücünü müəyyən etmək mümkün olmayıb. Bununla yanaşı, təcrübə zəlzələnin birinci dalğasından sonra avterşokların daha zəif olduğunu təsdiqləyib. Məlumatın mənbəyini araşdırmaq və ağılla analiz etmək, belə informasiyaların yalan olduğunu müəyyən etməyə imkan verir. Lakin təşviş içində olan insanların psixoloji olaraq bunu etməsi çətindir və bu, feyknyusun sürətlə yayılmasına gətirib çıxarır.

Əsas məqam çaxnaşma təhlükəsini kimlər tərəfindən və hansı məqsədlə yaradılmasıdır. Burada birdən çox maraqlı tərəf ola bilər:

1. Xarici xüsusi xidmət orqanları: hadisənin baş verdiyi ölkənin ictimai rəyinə infomüdaxilələrin edilməsi həmişə aktualdır;
2. Maraqlı qruplar: onlar cəmiyyətdə qorxunun yaradılması və bunun üzərindən dövlətə inamın itməsinə çalışırlar;
3. Diqqət mərkəzinə düşmək istəyənlər: belələri sırf maraq oyatmaq, diqqət çəkmək üçün nəticəni hesablamadan saxta məlumatları tirajlayır;

Saxta məlumatlar iki halda ictimai rəydə özünə yer edə bilir:

– birincisi, dövlət orqanları baş vermiş hadisəyə operativ reaksiya verməyəndə;
– ikincisi, cəmiyyətin infotəhlükəsizliyində boşluqlar olanda;

Zəlzələ baş verəndən sonra həm dövlət orqanları, həm də mütəxəssislərin operativ reaksiyasının şahidi olduq: DİN, TƏBİB, FHN gücləndirilmiş iş rejiminə keçdi; seysmoloqlar fikir və proqnozlarını verdilər;

Bu, yaranmış çaxnaşma abu-havasını müəyyən qədər də olsa normallaşdırdı. Lakin tam aradan qalxmadı, çünki informasiya təhlükəsizliyində problemlər var, xüsusilə cəmiyyətimizdə hələ də “niquşizm” xəstəliyi qalmaqdadır. Bu baxımdan, dünən gecə saatlarında baş verən zəlzələ zamanı çaxnaşma yaratmağa hesablanmış məlumatların mənbəsinin araşdırılmasına ehtiyac var, ən azından, ictimai rəyin informasiya gigiyenasını təmin etmək üçün…

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Neft yenidən ucuzlaşdı

Next Post

Rusiyanı Estoniyadan hərbi təxribat gözləyir

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Rusiyanı Estoniyadan hərbi təxribat gözləyir

Rusiyanı Estoniyadan hərbi təxribat gözləyir

Zaxarova: Ukraynanın hücum cəhdi terror aktıdır

Zaxarova: Ukraynanın hücum cəhdi terror aktıdır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.