Onun sözlərinə görə, dünya ictimaiyyəti dərk etməlidir ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri terrorçu rejimi himayə edir.
Elchi.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna hərbçilərinin Moskva vilayətinə hücum cəhdlərini şərh edib.
Diplomatın sözlərinə görə, bu hadisə növbəti terror aktıdır. Hücum etməyə çalışdıqları ərazidə mülki infrastruktur obyektləri və xarici reysləri də qəbul edən hava limanı var.
“Nəzərə alsaq ki, Zelenski bu terror hücumlarını Qərbin verdiyi silahlarla və ya Qərb fondları ilə edir, bu, beynəlxalq terrorizmdir”, – Zaxarova bildirib.
Şayəstə Hüseynova




