Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydendən Kiyevi dərhal NATO-ya dəvət etməyi xahiş edib.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, bu barədə CNN.com məlumat yayıb.
Zelenskinin sözlərinə görə, belə bir addım ukraynalı yaraqlıların motivasiyasına müsbət təsir göstərəcək, onları ruhlandıracaq. O, həmçinin vurğulayıb ki, Ukraynanın hazırda NATO-ya dəvət alması vacibdir.
Eyni zamanda, Zelenski qeyd edib ki, o, Ukraynanın öz ərazisində hərbi münaqişə bitənə qədər NATO-ya qəbul edilməyəcəyini başa düşür. Bununla belə, Zelenskinin dediyi kimi, Kiyevin gələcəkdə üzvlüklə arxalana biləcəyini hiss etməsi çox vacibdir.
Yeganə





