Çox güman ki, bu kokaindir.
Elchi.az xəbər verir ki, ABŞ Məxfi Xidməti ağ tozun keçən bazar, iyulun 2-də Ağ Evə necə daxil olduğunu araşdırır. “The Washington Post” xidmət nümayəndəsi Entoni Quqlielmi və onun mənbələrinə istinadən yazır ki, bu, kokain olub.
Hadisə yerinə gələn təhlükəli maddələr qrupundan olan yanğınsöndürən nəşrə sitat gətirib: “Biz sarı lentdə “kokain hidroxlorid” yazısı görürük”.
Qəzet mənbəsinin bildirdiyinə görə, bu maddənin kokain üçün testi müsbət çıxsa da, onun tərkibi az olub.
Məxfi Xidmət rəsmisi bildirib ki, ekspertlər tozun Ağ Evə necə daxil olduğunu öyrənmək üçün indi daha da sınaqdan keçirirlər. Quqlielmi qeyd edib ki, bu maddə aşkar edildikdən sonra məmurlar qısa müddətə təxliyə edilib. ABŞ prezidenti Co Bayden həmin vaxt binada olmayıb.
Şayəstə Hüseynova




