Türkiyə İsveçin təxribatların qarşısını ala bilməməsindən, o cümlədən ötən həftə Stokholmdakı məscidin yaxınlığında Quranın yandırılmasından narahatdır. Elchi.az Reuters-a istinadən xəbər verir ki, bunu respublikanın xarici işlər naziri Hakan Fidan deyib.
Nazirin sözlərinə görə, Ankara Stokholmdan ölkənin gələcək NATO-ya daxil olması üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməsini gözləyir.
Qeyd edək ki, iyunun 28-də İsveç polisi müsəlmanların Qurban bayramının ilk günündə Stokholmda baş məscidin yaxınlığında Quranın yandırılması ilə etiraz aksiyasına icazə verib.
Havar Şəfiyeva






