BMT Pakistanın tələbindən sonra Qurani-Kərimin təhqir olunması ilə bağlı təcili iclas keçirəcək.
Elchi.az “Geo News”a istinadən xəbər verir ki, İsveçdə Qurani-Kərimin təhqir olunması ilə bağlı dünya miqyasında etirazlar və qəzəb fonunda Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası İslamofobiya və dini nifrətlə mübarizə üçün təcili iclas keçirəcək.
İyulun 14-dək iclasda olan Cenevrədə yerləşən BMT-nin İnsan Haqları Şurası Pakistanın tələbindən sonra təcili debat keçirmək üçün gündəmini dəyişəcək.
Şuranın sözçüsü Paskal Sim deyib: “BMT-nin İnsan Hüquqları Şurası “Bəzi Avropa və digər ölkələrdə Qurani-Kərimin hal-hazırda təhqir olunması ilə təzahür edən qəsdən düşünülmüş və ictimai dini nifrət aktlarının həyəcan verici artımını müzakirə etmək üçün” təcili müzakirələr keçirəcək”
“Bu təcili debat Pakistanın İslam Əməkdaşlıq Təşkilatının bir neçə üzvü, o cümlədən İnsan Haqları Şurasının üzvləri adından göndərilən tələbindən sonra çağırılacaq.
“Təcili müzakirələr çox güman ki, bu həftə İnsan Hüquqları Şurasının bu gün iclas keçirən bürosunun müəyyən etdiyi tarix və vaxtda çağırılacaq”.
Nuranə Məmmədova





