İyulun 3-də qlobal orta temperatur 17,01 dərəcəyə çataraq, 2016-cı ilin avqustunda rekord göstərici olan 16,9 dərəcəni ötüb.
Qlobal orta temperaturun 17,01 dərəcə olaraq ölçüldüyü iyulun 3-ü dünyada bütün zamanların ən isti günü kimi qeydə alınıb .
Elchi.az xəbər verir ki, ABŞ meteoroloji xidmətinin Ətraf Mühitin Mühafizəsi üzrə Milli Mərkəzinin (NCEP) məlumatına görə, dünən qeydə alınan rekord temperatur 2016-cı ilin avqustunda ölçülən 16,9 dərəcəni keçib.
İnsan fəaliyyətinin yaratdığı iqlim dəyişikliyinin yaratdığı həddindən artıq isti dalğalarının bütün dünyada öz təsirini göstərdiyi bu dövrdə iyulun 3-ü bütün zamanların ən isti günü olub.
ABŞ son həftələrdə isti dalğasının təsiri altında olsa da, Çin 35 dərəcəni keçən temperaturla mübarizə aparır. Hindistanda həddindən artıq istilər 150-dən çox insanın ölümünə səbəb olub.
İranın rəsmi İRNA agentliyinin məlumatına görə, Zehek və Hirmend şəhərlərində havanın temperaturu 50 dərəcəyə çatıb.
Ümumdünya Meteorologiya Təşkilatı (WMO) bu gün El Nino şəraitinin başladığını elan etdi. El Nino-nun qlobal temperatur artımını sürətləndirəcəyi bildirilən WMO-nun açıqlamasında, dünyanın müxtəlif yerlərində hava şəraitinin təsirlənəcəyi və erkən xəbərdarlıq sistemlərinin həyat təhlükəsizliyi üçün kritik əhəmiyyətə malik olduğu bildirilib.
Nuranə Məmmədova





