Çin Müdafiə Nazirliyi: ABŞ adaya silah satmaqla Tayvanı barut çəlləyinə çevirir.
Elchi.az xəbər verir ki, ABŞ-ın Tayvana silah satışı adanı “barut çəlləyinə” çevirir və Tayvan xalqını fəlakətə doğru itələyir. Bu açıqlama ilə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Tan Kefei çıxış edib.
“Çin ABŞ-ın Tayvana silah satışına qəti şəkildə qarşıdır və artıq ABŞ tərəfinə ciddi bir təqdimat edib. Kefei deyib ki, ABŞ Çinin əsas narahatlıqlarına məhəl qoymur, onun daxili siyasətinə kobud şəkildə müdaxilə edir və Tayvan boğazında qəsdən gərginliyi artırır.
O, həmçinin ABŞ-ı Tayvana silah satışını dayandırmağa və adanın müstəqilliyini dəstəkləməmək vədinə əməl etməyə çağırıb. ÇXR Müdafiə Nazirliyinin nümayəndəsi hazırda onların səhv və təhlükəli yolla getdiklərini vurğulayıb.
Şayəstə Hüseynova





