Hollandiya hökuməti 2024-cü il yanvarın 1-dən məktəblərdə mobil telefonlar, planşetlər və smart saatların tamamilə qadağan ediləcəyini açıqlayıb.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
Məqsəd dərs zamanı diqqətin yayındırılmasını məhdudlaşdırmaqdır. Cihazlara yalnız ciddi ehtiyac olduqda, məsələn, rəqəmsal bacarıq dərsləri zamanı, tibbi səbəblərə görə və ya əlilliyi olan insanlar üçün icazə veriləcək.
Hollandiyanın Təhsil Naziri Robert Dijkqraaf açıqlamasında deyib ki, mobil telefonlar həyatımızın bir parçası olmasına baxmayaraq, onların sinifdə yeri yoxdur.
Yeganə





